Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura start veriləcək.
Sportarena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Əvvəlcə Qəbələdə eyniadlı komanda ilə “Səbail” münasibətlərinə aydınlıq gətirəcək. Roman Qriqorçukun komandası debütantla oyunda qələbə qazanıb lider “Qarabağ”la xallarını bərabərləşdirmək arzusundadı. Cari mövsümdə səfər oyunlarında xala həsrət qalan “Səbail” isə çətin Qəbələ səfərindən azı bir xalla ayrılmağa çalışacaq.
Günün ikinci oyununda isə “Sumqayıt”la “Keşlə” üz-üzə gələcək. Bu qarşılaşma Ramiz Məmmədovun “Keşlə”nin “sükanı arxasında” debüt matçı olacaq. Ardıcıl 4 oyundu xala həsrət qalan Bakı komandası “kimyaçılar”la görüşdə bu uğursuz seriyaya son qoymaq üçün mübarizə aparacaq.
Turun qalan iki oyunu sabah keçiriləcək.
Azərbaycan Premyer Liqası, 11-ci tur
4 noyabr
16:00 Qəbələ - Səbail 3:1
Qollar: Famusso Kone, 16. Baqali Dabo, 29; 83 - Eltun Yaqublu, 88.
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov
Qəbələ. Şəhər stadionu.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 28. Stiven Monroz, 34. Urfan Abbasov (k), 45. Famussa Kone, 88. Tellur Mütəllimov, 90. Ekiqo Ehiosun
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 6. Elvin Məmmədov, 7. Alen Askerov, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 12. Endi Hallidey, 16. Dion Omar Malone, 18. İlqar Qurbanov, 21. Deyv Bultuis, 29. Hacıağa Hacıyev, 70. Ülvi İsgəndərov
Baş məşqçi: Roman Qriqorçuk
Səbail: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 6. Murad Ağayev, 10. Nurlan Novruzov, 18. Adrian Popoviçi, 20. Elton Yaqublu (k), 21. Murtuz Abakarov, 26. Kamal Qurbanov, 35. Egdaras Zarskis, 69. Renan Telles, 99. Maudo Jarjue
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 11. Elman Taqayev, 13. Murad Musayev, 17. Vüqar Nadirov, 23. Stati Ayron, 66. Pərviz Qaraxanov, 77. Təyyar Məmmədov, 88. Orxan Qurbanlı
Baş məşqçi: Samir Əliyev
18:00 Sumqayıt - Keşlə 3:1
Qollar: Denis Silva, 30-ö/q. Amil Yunanov, 52. Adrian Skarlatake, 71-ö/q - Nizami Hacıyev, 45.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Şahin Cəfərov
Sumqayıt. Şəhər stadionu.
Sumqayıt: 1. Fərhad Vəliyev, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 6. Kamal Mirzəyev, 17. Fərid Kərimzadə, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə, 71. Ramazan Həsənov, 90. Ramil Həsənov
Baş məşqçi: Samir Abasov
Keşlə: 1. Orxan Sadıqlı, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Mirsahib Abbasov, 8. Nizami Hacıyev (k), 9. Pərdis Fərcad-Azad, 10. Elnur Abdullayev, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 58. Sinan Akkoyun
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 2. Sertan Taşkın, 6. Samir Zərgərov, 19. Mirhüseyn Seyidov, 33. Tərlan Quliyev, 39. Əlibəy Məmmədli, 40. Asif Vəliyev, 46. Əsəd Məsimov, 53. Emil Əliyev, 66. Murad Qayalı, 77. Oleq Hüseynov , 80. Rafael Məhərrəmli
Baş məşqçi: Ramiz Məmmədov
5 noyabr
15:00 Kəpəz - Qarabağ
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Elşad Abdullayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə. Şəhər stadionu.
17:00 Zirə - Neftçi
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Fariz Yusifov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məhəmməd Məmmədov
Zirə. İdman kompleksinin stadionu.