Qriqorçuk: "Bunun birinci dəfə şahidi olurduz?"

18:57 4 Noyabr 2017

Azərbaycan Premyer Liqasının 11-ci turunda evdə “Səbail”ə 3:1 hesabıyla qalib gələn “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, ukraynalı mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

 

- Əsas o idi ki, qələbə qazandıq. Bu cür oyunlarda iki top vurduqdan sonra rəqibə daha da təzyiq olmalı idi. Ancaq tam əksinə oldu. İkinci qoldan sonra komandada rahatlıq yarandı.

 

- Oyun zamanı çox gərgin görünürdüz. Yetirmələrinizin hansı səhvləri sizi belə emosional etmişdi?
- Bunun birinci dəfə şahidi olurduz? (gülür).

 

- “Qarabağ”la oyunda daha sakit idiz...
- Rəqiblərimizin hər birinə hörmət edirəm. “Qarabağ”la oyunda indikindən daha yaxşı, daha səhvsiz oynayırdıq. Ona görə, hər epizoda belə emosional münasibət bildirmirdim.

 

- Rəqibin baş məşqçisi dedi ki, “Qəbələ”dən daha güclü oyun gözləyirdi...
- Bu, onun fikridi. Onun fikirlərinə hörmət edirəm.

 

- Yaranacaq fasilədə hansı planlarınız var? Ölkə xaricinə səfər gözlənilir?
- Heç bir planımz yoxdu, yəni, ölkə xaricinə yollanmayacağıq. Burda təlim-məşq toplanışı keçəcək və yoxlama oyununda qüvvəmizi sınayacağıq.

 

- Qarşıda “Neftçi” ilə oyununuz var. Ardıcıl dörd oyunda qalib gəliblər...
- “Neftçi” ilə bağlı əvvəllər də yüksək fikirdə olmuşam. Bundan öncə də, bu komandanın layiq olmadığı yerdə qərarlaşdığını bildirmişdim. Bu komanda ilə oyunumuz çətin keçəcək. (Komanda.az)


Digər xəbərlər

Xəbər xətti