"Çelsi" və "Siti"dən vacib qələbə - YENİLƏNİB

03:02 6 Noyabr 2017

İngiltərə Premyer Liqasında 11-ci tura start verilib.

 

Sportarena.az xəbər verir ki, turun ilk oyununda “Stok Siti” “Lester”i qəbul edib. 4 qolluq matçda qalib müəyyənləşməyib.


Səfərdə "Vest Hem"lə qarşılaşan "Liverpul" isə 3 xalı 4 qolla qazanıb. "Nyukasl" evdə "Bornmut"a, "Sauthempton" "Bernli"yə, "Suonsi" isə "Brayton"a uduzub. Doğma meydanda yalnız "Vest Hem"i məğlub edən "Haddersfild" 3 xalı bayram edib.

 

Bazar günü iki maraqlı görüş keçiriləcək. Lider “Mançester Siti” doğma divarlar arasında “Arsenal”ı qəbul edəcək. “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Çelsi” isə evdə “Mançester Yunayted”lə qarşılaşacaq.

 

İngiltərə Premyer Liqası, 11-ci tur

4 noyabr

Stok Siti - Lester 2:2

Haddersfild - Vest Bromviç 1:0
Nyukasl - Bornmut 0:1
Sauthempton - Bernli 0:1
Suonsi - Brayton 0:1
Vest Hem - Liverpul 1:4
 

5 noyabr

16:00 Tottenhem - Kristal Pelas 1:0
18:15 Mançester Siti - Arsenal 3:1
20:30 Çelsi - Mançester Yunayted  1:0
20:30 Everton - Uotford 3:2


Xəbər xətti