"Araz" oynadı, komandası darmadağına sevindi

12:48 5 Noyabr 2017

Futbol üzrə Kipr çempionatında 11-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda Nikosiya “Olimpiakos”u ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 5:1. Araz da bu görüşün iştirakçısı olub. O, 63-cü dəqiqədə meydana buraxılıb.

 

Geridə qalan turlarda 22 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında liderdi.


Digər xəbərlər

Xəbər xətti