"Kəpəz"in futbolçusu penaltini belə ləğv etdirdi - VİDEO

16:42 5 Noyabr 2017

Azərbaycan Premyer Liqasının XI turunun “Kəpəz” – “Qarabağ” matçında maraqlı hadisə yaşanıb.

 

Sportarena, Gəncə klubunun üzvü Viktor Oseqeyl ona qarşı hərəkəti penalti kimi dəyərləndirən baş hakim Rəhim Həsənovla razılaşmayıb.

 

Əvvəlcə FİFA referisi “Qarabağ”ın qapısına penalti təyin edib. Bu zaman rəqibin simulyasiya etdiyini bildirən Ağdam klubunun qapıçısı İbrahim Şehiç və digər oyunçuları afrikalı futbolçuya etiraz ediblər. Bundan sonra Oseqeyil Həsənova yaxınlaşaraq qaydanın pozulmadığını deyib. Köməkçisi Yaşar Abbasovun da rəyini əsas götürən baş hakim ilkin qərarını ləğv edib. 

 

 


Digər xəbərlər

Xəbər xətti