Qurban Qurbanov: "O, necə insan olduğunu göstərdi"

18:41 5 Noyabr 2017

Azərbaycan Premyer Liqasının 11-ci turunda "Qarabağ" səfərdə "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.

 

Sportarena.az Ağdam klubunun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, oyun sona qonaqların baş məşqçisi Qurban Qurbanov bunları deyib:

 

"Gəncədəki oyunlarmız həmişə ağır olub. Çətin qələbə oldu. Qələbə qazansaq da, oyundan tam razı deyiləm. Ola bilər ki, futbolçularda yorğunluq var idi. “Kəpəz”in futbolçusu Viktor Oseqeylə təşəkkür edirəm. O, necə insan olduğunu göstərdi və penalti olmadığını dedi. Meydançanın durumuna gəlincə, hər şey yaxşı idi. Sadəcə, bir az su vurulsaydı, daha yaxşı olardı".


Digər xəbərlər

Xəbər xətti