Raufun komandası xal itirdi

10:14 6 Noyabr 2017

Futbol üzrə Albaniya çempionatında 9-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Rauf Əliyevin formasını geyindiyi “Kukesi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Flamurtari” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1. Millimizin üzvü də bu görüşün iştirakçısı olub. Rauf meydana matçın sonlarında çıxıb.

 

“Kukesi” geridə qalan turlarda 18 xal toplayıb və 10 komanda arasında ikinci pillədə qərarlaşıb.


Xəbər xətti