U-21 millimizin Almaniya ilə oyun üçün heyəti açıqlandı

14:15 6 Noyabr 2017

21 yaşadək futbolçulardan ibarət millimizin heyəti açıqlanıb. 

Sportarena.az xəbər verir ki, baş məşqçi Samir Ələkbərov AÇ-2019-un növbəti iki oyunu - Almaniya və Kosovo ilə matçlar üçün 23 futbolçuya dəvət göndərilib. Onlar arasında əsas millimizin üzvləri Ramil Şeydayev və Renat Dadaşov da var.


Qeyd edək ki, Renat Dadaşov daha əvvəl klubu "Aytraxt"ın vacib oyunları ilə əlaqədar bu görüşlər üçün milliyə gəlməkdən imtina etmişdi.

Qapıçılar: Süleyman Süleymanov (Sumqayıt”, Aydın Bayramov (MOİK), Mustafa Ozhitay (Ulm 1846, Almaniya);
 
Müdafiəçilər: Anton Krivotsyuk (Neftçi), Bəhlul Mustafazadə (Sumqayıt), Taşkın Sertan, Murad Qayalı (hər ikisi Keşlə), İlyas Səfərzadə (Kəpəz), Yusif Nəbiyev (Zirə), Serkan Baloglu (Eyupspor, Türkiyə);
 
Yarımmüdafiəçilər: Elnur Cəfərov (Neftçi), Eltun Turabov (Qarabağ), Xəyal Nəcəfov, Ehtiram Şahverdiyev (hər ikisi Sumqayıt), Oleg Hüseynov (Keşlə), Qismət Alıyev (Qəbələ), Murtuz Abakarov (Səbail), Fərid Nəbiyev (Slaviya, Çexiya), Budaq Nəsirov (Sportinq, Portuqaliya);
 
Hücumçular: Ramil Şeydayev (Qarabağ), Əlibəy Məmmədli (Keşlə), İlkin Sadıqov (Kəpəz), Renat Dadaşov  (Ayntraxt, Almaniya).


Xəbər xətti