Almaniya millisi Bakıya bu heyətlə gələcək - SİYAHI

16:32 6 Noyabr 2017

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olacaq Almaniya yığmasının heyəti açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, “panzerlər”in baş məşqçisi Ştefan Kunts millimizlə qarşılaşma üçün 22 futbolçuya dəvət göndərib.

 

Bu millilər arasında ötən ay Kotbusda baş tutmuş görüş almanların böyük hesablı qələbəsi ilə nəticələnmişdi - 6:1.

 

Xatırladaq ki, Almaniya yığması noyabrın 9-da millimizin qonağı olacaq, ayın 14-də isə İsraili qəbul edəcək.

 

Qapıçılar: Svend Brodersen (Sankt-Pauli), Nils Korber (Prussen Munster), Aleksander Nubel (Şalke)

 

Müdafiəçilər: Valdemar Anton (Hannover), Timo Baumqartl (Ştutqart), Benjamin Henriş (Bayer), Ceyms Horn (Köln), Tilo Kehrer (Şalke), Lukas Klostermann (Leyptsiq), Paskal Ştenzel (Frayburq), Cordan Torunariqa (Herta)

 

Yarımmüdafiəçilər: Nadiem Amiri, Dennis Qeyqer, Filip Oş (hamısı “Hoffenhaym”), Mahmud Dahud (Borussiya D), Marsel Hartel (Union Berlin), Eduard Loven (Nürnberq), Florian Neuhaus (Fortuna), Levin Öztunalı (Maynts)

 

Hücumçular: Canni Serra (Borussiya D), Aron Seydel (Holşteyn), Sedrik Teuçert (Nürnberq”).


Digər xəbərlər

Xəbər xətti