Fərid Nəbiyev dubl edib, komandasına qələbə qazandırdı

18:53 6 Noyabr 2017

Çexiyanın U-21 liqasının 14-cü turunda növbəti oyunlar keçirilib.

 

Sportarena.az xəbər verir ki, həmyerlimiz Fərid Nəbiyevin çıxış etdiyi “Slaviya” növbəti matçına çıxıb. Praqalılar evdə “Slovan”la qarşılaşıb. Matç meydan sahiblərinin 4:2 hesablı qələbsi ilə yekunlaşıb. Start heyətində meydana çıxan Fərid Nəbiyev bu görüşdə dubl edib. O, hesab 2:2 olarkən 74 və 86-cı dəqiqələrdə komandasına qələbə gətirən qolları vurub.

 

Qeyd edək ki, Nəbiyev cari mövsümdə daha əvvəl də 2 dəfə fərqlənmişdi.


Xəbər xətti