Sportarena.az
21 Yanvar 2018

Şahmat yığmamız Avropa çempionu oldu

12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın kişilərdən ibarət yığma komandası Yunanıstanda keçirilən şahmat üzrə Avropa çempionatında bu gün sonuncu görüşünü keçirib.

 

Sportarena.az xəbər verir ki, şahmatçılarımız həlledici - 9-cu turda Ukrayna millisi ilə qarşılaşıblar. Komandamız qalib gələcəyi halda vahid liderliyini qorumaqla qitə çempionu olacaqdı. Lakin bu görüş heç-heçə başa çatıb – 2:2.

 

Əsas izləyicimiz Rusiya isə son turda Almaniyaya qalib gəlib. Bu üzdən də Azərbaycan və Rusiya yığmaları AÇ-ni eyni – 14 xalla başa vurub.

 

Bu üzdən də hər iki komandanın şahmatçılarının əlavə göstəriciləri hesablanıb. Nəticə millimizin xeyrinə olub. Komandamız əlavə göstəricilərdə rusları üstələyib və Avropa çempionu adını qazanıb.

 

Qeyd edək ki, bu, yığmamızın qitə birinciliyində üçüncü belə uğurudu.

Tarix
06.11.17 [23:19]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

21 Yanvar
20 Yanvar 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2018 Sportarena.az
Saytı hazırladı: Five studio