Biliç qovuldu

00:04 7 Noyabr 2017

İngiltərə Premyer Liqa təmsilçisi “Vest Hem” baş məşqçisi Slaven Biliçi istefaya göndərib.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı London klubunun mətbuat xidməti yayıb. Məlumatda 49 yaşlı mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edilərək, onunla yolların ayrıldığı vurğulanıb.

 

Biliç 2015-ci ildən “çəkicdöyənlər”i çalışdırırdı. “Vest Hem” onun rəhbərliyi altında Premyer Liqanın cari mövsümündə keçirdiyi 11 oyunda cəmi 9 xal toplayıb, 20 komanda arasında 18-ci sırada qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti