İtaliyanın köklü klubu dağıldı

12:16 7 Noyabr 2017

İtaliyanın köklü klublarından olan “Modena” müflis olub.

 

Sportarena.az xəbər verir ki, vaxtilə A seriyasında çıxış etmiş komanda C seriyasında mübarizə aparırdı. Ancaq müflis olan klub C seriyasından da qovulub. 105 yaşlı komandanı satmaq cəhdləri iflasa uğrayıb. Məvaciblər verilmədiyi üçün futbolçular meydana çıxmaqdan imtina ediblər. 3 qarşılaşmada meydana çıxmayan “Modena”ya texniki məğlubiyyət verilib.

 

Futbolçular “Santarkancelo” ilə oyunda da meydana çıxmayıblar. Beləliklə, komanda 4-cü dəfə texniki məğlubiyyət alıb. Qaydalara görə, 4 texniki məğlubiyyət alan klub C seriyasından qovulur.

 

Komandanın bu mövsüm keçirdiyi bütün oyunların nəticələri ləğv olunub. “Modena” 13 mövsüm A seriyasında çıxış edib.


Xəbər xətti