"Vest Hem" ona tapşırıldı

14:28 7 Noyabr 2017

İngiltərənin “Vest Hem” klubunun yeni baş məşqçisinin adı rəsmən açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, bundan sonra “çəkicdöyənlər”i Devid Moyes çalışdıracaq. O, bu postda Slaven Biliçi əvəzləyib. Bu barədə məlumatı klubun saytı yayıb.



54 yaşlı şotlandiyalı mütəxəssis daha əvvəl “Everton”, “Mançester Yunayted”, “Real Sosyedad” kimi klublarda çalışıb.


Xəbər xətti