Mourinyo MY-ni PSJ-ə dəyişir?

15:31 7 Noyabr 2017

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo yayda klubdan ayrıla bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Britaniya mətbuatı yayıb. Xəbərdə portuqaliyalı mütəxəssisin klub rəhbərliyi ilə fikir ayrılığı yaşadığı, buna görə, mövsümün sonunda mankunianları tərk edəcəyi qeyd edilib.

 

Mou yayda Nemanya Matiçin transferinin uzadılması ilə bağlı klub rəhbərliyi ilə fikir ayrılığı yaşamışdı. Portuqaliyalı mütəxəssis daha bir oyunçunu sərəncamında görmək istəsə də, rəhbərlik onun bu istəyini yerinə yetirməmişdi.

 

Mourinyonun mövsümlərarası fasilədə “qırmızı şeytanlar”ı PSJ-yə dəyişəcəyi gözlənilir.


Xəbər xətti