Samuxda ağır atletika üzrə seçmə mərhələ yarışları keçirilib

14:45 8 Noyabr 2017

Samuxda Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 4-cü seçmə mərhələsi başa çatıb.

 

Sportarena.az xəbər verir ki, burada Goranboy, Gəncə, Yevlax, Samux, Qazax, Şəki və Qaxı təmsil edən 100-ə yaxın atlet körpücük üzərinə çıxıb. Yarışların keçirilməsində məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

Yarış şəxsi xarakter daşıyıb və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 10 olan idmançılar buraxılıblar. İdmançıların çəkilməsi hər yarış günü səhər saat 09:00-da olub. Zona turnirində 2007, 2006, 2005, 2004, 2003, 2002, 2001, 2000, 1999-cü il və daha böyük təvəllüdlü kişilər və qadınlar, müvafiq yaş qruplarında mübarizə aparıblar, qaliblər Sinkleyr cədvəli üzrə müəyyən edilib.
Seçmə mərhələ yarışları təqvim planına əsasən 3 zona üzrə ildə 4 dəfə keçirilir.


Xəbər xətti