"Qalatasaray" "Barselona"dan kimi transfer edir?

15:06 8 Noyabr 2017

“Barselona”nın futbolçusu Arda Turan karyerasını “Qalatasaray”da davam etdirə bilər.

Sportarena.az xəbər verir ki, "cim bom" Kataloniya təmsilçisində heyətə düşə bilməyən və özünü xoşbəxt hiss etməyən təcrübəli yarımmüdafiəçini heyətə cəlb etmək üçün fəaliyyətə başlayıb. Türkiyə millisinin kapitanının transferi ilə bağlı "Barselona" ilə razılıq əldə edilib.
 
Razılaşmaya əsasən Arda 1,5 il müddətində icarə əsasında "Qalatasaray"da çıxış edəcək. İcarə müddəti başa çatdıqdan sonra İstanbul nəhəngi futbolçunu birdəfəlik transfer etmək hüququna da malik olacaq.


Digər xəbərlər

Xəbər xətti