Ramil Şeydayev "Napoli"nin hədəfində?

12:51 9 Noyabr 2017

Hazırda "Qarabağ"ın şərəfini qoruyan Ramil Şeydayevin son zamanlar ortaya qoyduğu futbol yetərincə böyük rəğbətə səbəb

 

Sportarena.az xəbər verir ki, millinin gənc hücumçusunun Çempionlar Liqasındakı çıxışı onu həm də nəhəng klubların diqqət mərkəzinə salıb.

 

Belə ki, "Atletiko" ilə səfər matçında 72 dəqiqə meydanda olan və çox böyük əzmkarlıqla yadda qalan 21 yaşlı futbolçunu İtaliya A seriyasının ən güclü klublarından biri - "Napoli" sıralarına qatmaq fikrinə düşüb. Ramilin Madriddəki çıxışını bəyənən neapollular forvard barədə məlumat toplmağa başlayıblar. Onun müqavilə ilə məxsus olduğu "Trabzonspor"la danışıqlara artıq bu ayın sonunda başlanacağı deyilir.

 

Şeydayevə elçi düşən klublardan biri də "Vest Hem"dir. İngiltərə Premyer-Liqasında çıxış edən London təmsilçisinin skautları da onu ÇL matçında görüb-bəyəniblər.  (1news.az)


Digər xəbərlər

Xəbər xətti