AAAF kollektivi “Bayraq günü”nü qeyd etdi - FOTOLAR + VİDEO

15:53 9 Noyabr 2017

9 Noyabr ölkəmizdə “Bayraq günü” kimi qeyd olunur.

 

Sportarena.az xəbər verir ki, bu münasibətilə Azərbaycan Ağır Atletika Federasiyasının kollektivi Xırdalan şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gələrək Bayraq Meydanını və ulu öndər Heydər Əliyevin büstünü ziyarət ediblər.

 

Daha sonra Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov idmançılara “Bayraq günü” barədə məlumat verdi. Bayrağımızın qürurumuz və şərəfimiz olduğunu qeyd edən baş katib ağır atletləri bu gözəl gün münasibətilə təbrik də etdi.

 

Rizvan Rəsulov sonda GİN tərəfindən idman ustası adına layiq görülən yeniyetmə atletlərə bu adı təsdiq edən kitabça və döş nişanlarını təqdim edib.

 

 

 

 

 


Xəbər xətti