"Kəpəz"in mühasibi açdı sandığı, tökdü pambığı - Göstərişləri kimdən alıb?

16:35 9 Noyabr 2017

Gəncə klubunun düşərgəsində yaşananlar, maliyyə pozuntularıyla bağlı yeni məqamlar ortaya çıxıb.

 

Sportarena.az xəbər verir ki, klubun mühasibi Mənsurə Məmmədova "Futbol+” qəzetinə müsahibəsin bütün oxları Mikayıl Nərimanoğluna yönəldib. Onun sözlərindən belə aydın olur ki, AFFA-nın "Kəpəz”ə göndərdiyi Nərimanoğlu bütün fırıldaqları və yeyintiləri baş katib Elxan Məmmədovun adıyla bağlayıb, mühasibi aldadıb.

 

Həmin müsahibənin maraqlı məqamlarını sizə təqdim edirik:

 

"Elxan müəllimin qəbulunda oldum. Son olaylarla bağlı söhbətləşdik. Mənə səhvlərdən danışdı. Mən isə ona bildirdim ki, Mikayıl Nərimanoğluna inanmışam. Onu da əlavə etdim ki, həmin şəxsi də siz təyin etmisiz. Belə olan halda mən necə inanmaya bilərəm?

 

Şahin Diniyevin 7 min manat maaş aldığını bilirdim. Amma karta köçürülən 10 min 500 manatdan kimə nə verdiyini bilmirdim. Mənə konkret siyahı gəlirdi. O siyahıya uyğun da pulları kartlara köçürürdüm. Mikayıl müəllimin hər şeydən xəbəri olub. Cabir müəllim də iş tapşıranda bunu Nərimanoğlu ilə razılaşdırmışam. Onun klubda adı gedən, işə çıxmayıb maaş alanlardan məlumatı var idi.

 

Mikayıl Nərimanoğluna nəsə sual verəndə cavabında "mən heç Elxan Məmmədova xəyanət edərəm? Mən inanılmış adam olmasaydım, baş katib məni bu vəzifəyə təyin etməzdi” cavabını eşidirdim. Onu mənə rəhbər qoyublarsa, dediklərini etməyə məcburam. Rəqəmlərdəki fərqi ona deyəndə isə əsəbi formada "Mənsurə xanım, mən sizə nə deyirəm onu edin. Bütün məsələlər "yuxarı” ilə razılaşdırılır” dedi”.


Digər xəbərlər

Xəbər xətti