Millimizin oyunçuları öz məğlubiyyətlərinə pul qoyuluşu ediblər?

02:05 10 Noyabr 2017

Bu gün AÇ-2019-un seçmə mərhələsi çərçivəsində Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandası “Dalğa Arena”da Almaniyadan olan həmyaşıdları ilə qarşılaşıb.

 

Sportarena.az xəbər verir ki, oyundan öncə “Tvitter”də maraqlı bir iddia ortaya atılıb. Belə ki, “Dimitrovich” adlı istifadəçi bu oyunun danışılmış olduğuna dair iddia səsləndirib. "Stavkalar" üzrə ixtisaslaşan şəxs Azərbaycan - Almaniya (U-21) oyununa 100 faizli proqnoz təklif edib. O, bildirib ki, bu gün Almaniya yığması Azərbaycanın qapısından 3 qoldan artıq vuracaq (əmsal 1.83). Onda olan məlumata görə yığmamızın futbolçuları özləri bu gün kontorolarda müvafiq pul qoyuluşu ediblər. (haqqın.az)

 

Qeyd edək ki, sözügedən oyun Almaniya millisinin 7:0 hesablı qələbəsi ilə nəticələnib.



Xəbər xətti