Türkiyə uduzdu, Hollandiya qalib gəldi

10:17 10 Noyabr 2017

Dünyanın yaşıl meydanlarında yığma komandalar səviyyəsində yoxlama oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, ötən gecə də bir neçə belə görüş baş tutub. Diqqət çəkən oyunlardan biri qonşu ölkə Türkiyə yığması ilə Rumıniya arasında baş tutub. “Ay ulduzlular” səfərdə 2 cavabsız qolla uduzublar.

 

Finlandiya doğma meydanda Estoniyanı darmadağın edib. İran yığması isə səfərdə Panamaya qalib gəlib. Gözlənilməz nəticələrdən biri Lüksemburqun Macarıstanı məğlub yola salması olub. Hollandiya yığması da Şotlandiya ilə qarşılaşmadan qalib ayrılıb.

 

Yoxlama oyunları
9 noyabr

Kambociya – Myanmar 1:2

Sinqapur – Livan 0:1

Honq Konq – Bəhreyn 0:2

Finlandiya – Estoniya 3:0

Rumıniya – Türkiyə 2:0

Panama – İran 1:2

Lüksemburq – Macarıstan – 2:1

Şotlandiya – Hollandiya 0:1


Digər xəbərlər

Xəbər xətti