PSJ-nin Konte planı

10:32 10 Noyabr 2017

PSJ "Çelsi"nin baş məşqçisi Antonio Konte ilə maraqlanır.

 

Sportarena.az xəbər verir ki, komandanın hazırkı çalışdırıcısı Unai Emeri Paris təmsilçisini Çempionlar Liqasının yarımfinal mərhələsinə çıxarmayacağı təqdirdə, klub rəhbərliyi Konte ilə danışıqlara başlayacaq. İtaliyalı mütəxəssisin PSJ-yə keçidi 2018-ci ilin yayında reallaşa bilər.

 

Qeyd edək ki, A.Konte 2016-cı ildən "Çelsi"ni çalışdırır. Britaniya mətbuatı son zamanlar Konte ilə klub rəhbərliyi arasında fikir ayrılıqları yarandığını iddia edib.


Digər xəbərlər

Xəbər xətti