DÇ-2018 bu topla oynanılacaq - FOTOLAR

10:52 10 Noyabr 2017

Dünya futbolunun ulduzları 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatının rəsmi topunu Moskvada təqdim edib.

 

Sportarena.az xəbər verir ki, tədbirdə "Barselona"nın hücumçusu Lionel Messi, "Real"ın baş məşqçisi Zinəddin Zidan, Sabiq futbolçular Kaka Lete, Alessandro Del Pyero və Xabi Alonso iştirak edib. Almaniyanın "Adidas" şirkəti tərəfindən hazırlanan topun adı "Telstar 18"-dir.

 

Qeyd edək ki, DÇ-2018-in oyunları iyunun 14-dən iyulun 15-dək Moskva, Sankt-Peterburq, Kazan, Nijni Novqorod, Samara, Volqorad, Yekaterinburq, Kalininqrad, Soçi, Rostov Don və Saransk şəhərlərində keçiriləcək.

 

 

 


Digər xəbərlər

Xəbər xətti