İtaliya millisində itki

14:50 10 Noyabr 2017

İtaliya millisi itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, “Valensiya”nın və İtaliya yığmasının futbolçusu Simone Zaza zədə səbəbindən bu gün keçiriləcək DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasının pley-off mərhələsinin İsveç millisinə qarşı oyununda meydana çıxa bilməyəcək. Bu barədə məlumatı İtaliya Futbol Federasiyasının mətbuat xidməti yayıb. Məşqdə zədələnən 26 yaşlı hücumçunun skandinavlarla ilk oyunda forma geyinməyəcəyi dəqiqdi.

 

İsveç - İtaliya matçı bu gün saat 23:45-də başlayacaq. Bu komandalar arasında cavab oyunu noyabrın 14-də Milanda keçiriləcək.


Xəbər xətti