"Barselona" "Qalatasaray"ın təklifini rədd etdi - Ardanın keçidinə görə

15:39 10 Noyabr 2017

“Qalatasaray” hazırda “Barselona”nın şərəfini qoruyan Arda Turanın transferi üçün qarşı tərəfə  təkliflə müraciət edib.

 

Sportarena.az xəbər verir ki, “cim-bom” yarımmüdafiəçinin transferi üçün Kataloniya təmsilçisinə 1,5 milyon avro ödəməyə hazır olduğunu bildirib. Bu barədə məlumatı İspaniyanın “Don Balon” nəşri yayıb. Xəbərdə Ardanın transferi üçün 34 milyon avro xərcləmiş “Barsa” rəhbərliyinin bu məbləğin çox az olduğunu, lakin münasib məbləğə türkiyəli futbolçunu sata biləcəklərini qeyd etdikləri vurğulanıb.

 

Xatırladaq ki, Arda cari mövsümdə “Barselona”da heç bir oyunda şans qazanmayıb.


Digər xəbərlər

Xəbər xətti