Messi həmyerlisini tanımadı, üzr istədi - FOTO

16:15 10 Noyabr 2017

Rusiya ilə yoxlama matçı üçün Moskvada olan Argentina yığmasının ulduzu Lionel Messi onunla oteldə selfi çəkdirən şəxsin kimliyini bilməyib.
 
Sportarena.az xəbər verir ki, bu şəxs "Zenit”in 15 milyon avvroya "River Pleyt”dən transfer etdiyi Sebastyan Driussini olub. Futbolçu özünü tanıtdıqdan sonra Messi buna görə pis olduğunu bildirib və həmyerlisindən üzr istəyib:
 
"Onun kim olduğunu əlbəttə, bilirəm. Amma həmin anda tanıya bilmədim. Toplanışlarda tez-tez qarşılaşdığımız kimi yenə hansısa azarkeşin şəkil çəkdirmək istədiyini zənn etdim. Kimliyini bildirəndən sonra pis oldum və buna görə də ondan üzr istədim”.
 
O, həmçinin Driussini şəxsən tanıdığını da deyib:
 
"Onunla eyni döymə vuran adamın yanına getmişik. Driussini də şəxsən oradan tanıyıram. Amma otelin foyesində qarşılaşanda fikrim başqa yerdə idi. Bu səbəbdən tanıya bilmədim”. 
 
Qeyd edək ki, öz "İnstaqram” səhifəsində şəkli paylaşan 21 yaşlı hücumçu "Kumirim... şəkil üçün təşəkkülər” sözlərini yazıb.
 


Xəbər xətti