"Roma"nın futbolçusu sıradan çıxdı

17:38 10 Noyabr 2017

İtaliyanın “Roma” klubu ciddi itki ilə üzləşib. 


Sportarena.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan paytaxt təmsilçisinin aparıcı yarımmüdafiəçisi Raca Naynqqolan sıradan çıxıb.


O, Belçika yığmasının düşərgəsində məşqlərdən birində zədə alıb. Məşqi vaxtından əvvəl başa vuran futbolçunun zədəsinin nə yerdə olduğuna ətraflı müayinədən sonra aydınlıq gələcək. Amma ilkin ehtimal kimi onun bu gün baş tutacaq Belçika – Meksika matçında meydana çıxmayacağı bildirilir.


Qeyd edək ki, “Qarabağ” “Roma” ilə dekabrın 5-də Romadakı “Olimpiko” stadionunda keçiriləcək.


Xəbər xətti