Daha bir ölkə DÇ-2018-ə vəsiqə qazandı

10:14 11 Noyabr 2017

 

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, bu, Seneqal yığmasıdı. Bu ölkənin yığma komandası Afrika zonası üzrə seçmə mərhələnin D qrupunda 5-ci tur çərçivəsində bu gün səfərdə CAR-la qarşılaşıb. 2:0 hesablı qələbəyə sevinən qonaqlar sona bir tur qalmış mundiala vəsiqəni təmin ediblər.

 

Bununla da DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 24-ə çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya və Panama yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.

 

Növbəti mundialda bütövlükdə 32 komanda mübarizə aparacaq. Qalan 8 iştirakçının da adına tezliklə aydınlıq gələcək.


Digər xəbərlər

Xəbər xətti