Neymarı mətbuat konfransında kim ağlatdı? - VİDEO

12:33 11 Noyabr 2017

Braziliya yığmasının lideri Neymar Yaponiya ilə oyundan əvvəl keçirilən mətbuat konfransında emosional hisslər yaşayıb.

 

Sportarena.az xəbər verir ki, Neymar mətbuat konfransına Braziliya yığmasının baş məşqçisi Tite ilə birgə gəlib. Jurnalistlərdən biri baş məşqçiyə Neymarın xarakteri ilə bağlı sual verib. O, PSJ-nin düşərgəsində baş verənləıri nəzərə alaraq, Titedən Neymarla yola gedib-getmədiyini soruşub. Mütəxəssis suala belə cavab verib:

 

“Artıq il yarımdı ki, birgə işləyirik. Bu müddətdə Neymarla problemlər yaşamağım barədə deyilənlərdən bezmişəm. Biz ideal deyilik, insanıq. Bəzən düzgün reaksiya vermirik. Mənim də karyeram ərzində belə hal olub. Amma vəziyyətdən çıxış yolu həmişə var və bunu nəzərə almalıyıq. Mən isə Neymarın xarakteri barədə danışa bilərəm. Onun böyük ürəyi var”.

 

Baş məşqçinin bu sözlərindən sonra Neymar özünü saxlaya bilməyərək ağlayıb. O, Titeni qucaqlayıb və sonra da mətbuat konfransını tərk edib.


Xəbər xətti