"Zirə" "Qəbələ"yə qalib gəldi

18:16 11 Noyabr 2017

Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən “Qəbələ” və “Zirə” yoxlama oyununda üz-üzə gəlib.


Sportarena.az xəbər verir ki, “Bakı”nın bazasında keçirilən görüş “Zirə”nin qələbəsi ilə başa çatıb – 1:0. Oyunda yeganə qolu 77-ci dəqiqədə Riçard Qadze vurub.

Qeyd edək ki, “Zirə” çempionatda 24 xalla 2-ci, “Qəbələ” isə 22 xalla 3-cüdür.


Digər xəbərlər

Xəbər xətti