Avropadan sonuncu vəsiqə Danimarkanın oldu - YENİLƏNİB

01:41 15 Noyabr 2017

Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

 

Sportarena.az xəbər verir ki, İsveçrə yığması ilk oyunda səfərdə minimal hesabla məğlub etdiyi Şimali İrlandiya millisini qəbul edib. Bu görüşdə qapılara qol vurulmayıb. Günün digər oyununda isə Xorvatiya yığması Yunanıstan seçməsinin qonağı olub. İlk matçda böyük hesabla (4:1) qalib gələn xorvatlar qolsuz heç-heçə ilə DÇ-ə vəsiqə qazanıblar.

 

Ayın 13-də dördqat dünya çempionu İtaliya millisi İsveç yığmasını qəbul edib. İlk oyundakı minimal hesablı qələbə skandinaviyalıları final mərhələsinə çıxardıb. Çünki cavab görüşündə qapılara qol vurmayıb.

 

Avropada son pley-off oyununda bu gün İrlandiya yığması ilk matçda səfərdə qolsuz bərabərə qaldığı Danimarka seçməsini qəbul edib. Qonaqlar darmadağın mundiala vəsiqə qazanıblar.

 

DÇ-2018-in seçmə mərhələsi, pley-off

12 noyabr

21:00 İsveçrə - Şimali İrlandiya 0:0 (ilk oyun 1:0)
23:45 Yunanıstan - Xorvatiya 0:0 (1:4)

 

13 noyabr

23:45 İtaliya - İsveç 0:0 (0:1)

 

14 noyabr

23:45 İrlandiya - Danimarka 1:5 (0:0)


Digər xəbərlər

Xəbər xətti