Daha bir danışılmış oyun qalmaqalı - Səbəbkar Ermənistan millisi

12:46 12 Noyabr 2017

Ermənistanla Belarus arasında keçirilən yoldaşlıq görüşü (4:1) ilə bağlı şübhəli məqamlar yayılıb.

 

Sportarena.az xəbər verir ki, danışılmış oyunlarla bağlı qeyri-kommersiya təşkilatı olan “Federbet” iddia edir ki, oyunun nəticəsi əvvəlcədən razılaşdırılıb. Təşkilat iddiasını sübut etmək üçün arqument də gətirib.

 

Təşkilatdan bildirilib ki, oyunun gedişi zamanı inanılmaz tərzdə pul qoyuluşları edilib. Qarşılaşmadan əvvəl “2 qoldan çox vurulacaq” versiyasının əmsalı 2 olub. Oyunun 41-ci dəqiqəsində də əmsal belə olub.

 

Baxmayaraq ki, həmin vaxta qədər hesab açılmamışdı. Amma ilk hissənin son dəqiqələrində Ermənistan 2 qol vurub. Ermənilər ikinci hissədə daha 2 dəfə fərqləniblər.


Xəbər xətti