ABŞ-ın qapıçısından şok iddia - "Blatter mənə təcavüz edib"

15:22 12 Noyabr 2017

ABŞ-ın qadınlardan ibarət yığmasının qapıçısı Hope Solo FİFA-nın sabiq prezidenti Zepp Blatterlə bağlı təcavüz iddiası ilə çıxış edib.
 
Sportarena.az xəbər verir ki, portuqaliya mətbuatına danışan Solo 2013-cü ildə "Qızıl Top" mərsimindən öncə Blatterin ona təcavüz etdiyini söyləyib. 36 yaşlı qapıçı mükafatı təqdim etmək üçün səhnəyə çıxmadan öncə Blatterin onunla uyğunsuz davrandığını deyib. 
 
BBC-yə sözçüsü vasitəsilə açıqlama verən sabiq FİFA başqanı isə təcavüz iddiasını rədd edib. 17 il qurum prezidenti olan Blatter rüşvət qalmaqalı üzündən 2015-ci ildə futboldan 6 il müddətinə uzaqlaşdırılıb.
 


Digər xəbərlər

Xəbər xətti