Lider büdrədi, "Şüvəlan" xalsız qaldı

18:14 12 Noyabr 2017

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 8-ci tura yekun vurulub.


Sportarena.az xəbər verir ki, "Mil-Muğan" evdə "Şüvəlan"ı böyük hesabla məğlub edib. Lider "Qaradağ Lökbatan" Tovuzda "Turan Tovuz"la "sülh bağlayıb" - 1:1. "Xəzər" isə "Zaqatala"nı məğlub edib - 2:0. 

 

Birinci divizion, 8-ci tur 

12 noyabr

Mil-Muğan - Şüvəlan 3:0

Qol: Samir Babayev, 39; 59. Bayram Əliyev, 44. 

 

Xəzər - Zaqatala 2:0

Qol: Aslan Hüseynov, 22. Fərid Səmədzadə, 72.

 

Turan Tovuz - Qaradağ Lökbatan 1:1

Qol: Elnur Səmədov, 66 - Sabir Allahquliyev, 38.  


Xəbər xətti