İtaliya millisinin baş məşqisi qovulur?

18:45 12 Noyabr 2017

İtaliya millisinin baş məşqçisi Campyero Ventura yığma dünya çempionatına vəsiqə qazanacağı halda belə qovula bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı “Gazetta dello Sport” yayıb. Xəbərdə Ventura “skuadra adzurra”nı mundiala çıxaracağı halda belə istefaya göndəriləcəyi, İtaliya Futbol Federasiyasının rəhbərliyinin onu Karlo Ançelotti ilə əvəzləməyi planlaşdırdığı qeyd edilib.

 

İtaliya millisi DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasının pley-off oyununda səfərdə İsveç yığmasına 0:1 hesabıyla uduzub. Bu komandalar arasında cavab oyunu noyabrın 13-də keçiriləcək.

 

Xatırladaq ki, Ançelotti cari mövsümün gedişində “Bavariya”dan ayrıldıqdan sonra işsizdi.


Digər xəbərlər

Xəbər xətti