İlin futbolçusu adına beş namizəd açıqlandı

21:29 12 Noyabr 2017

Afrikada 2017-ci ilin ən yaxşı futbolçusu adına namizədlərin siyahısı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, ən yaxşı adına beş futbolçu namizəd qalıb. Siyahıda bu futbolçuların adları yer alıb:

 

Viktor Mozes (“Çelsi”), Sadio Mane (“Liverpul”), Məhəmməd Salah (“Liverpul”), Nəbi Keyta (“Leypsiq”), Pyer-Emerik Obameyanq (“Borussiya”, Dortmund).

 

Qeyd edək ki, Afrikada ilin ən yaxşı futbolçusu 1992-ci ildən mükafatlandırılır. Ötən il bu mükafatı İngiltərənin “Lester Siti” klubunun futbolçusu Riyad Mahrez qazanmışdı.


Digər xəbərlər

Xəbər xətti