"Real" daha bir futbolçusunu itirdi

10:32 13 Noyabr 2017

"Real" daha bir əsas oyunçusunun xidmətindən məhrum olub.

 

Sportarena.az xəbər verir ki, İspaniya millisinin üzvü İsko Kosta Rika ilə oyunda (5:0) sıradan çıxıb. Kendall Uotsonun sərt müdaxiləsindən sonra zədələnən futbolçu millinin düşərgəsini tərk edərək Madridə qayıdıb. O, İspaniya millisinin Rusiya ilə keçirəcəyi yoxlama matçının heyətindən də çıxarılıb. 25 yaşlı futbolçunun noyabrın 18-də "Atletiko" ilə səfər qarşılaşmasında meydana çıxması sual altındadır.

 

"Real" məşqdə zədələnən Qaret Beylin də köməyindən 4 həftə yararlana bilməyəcək. 


Digər xəbərlər

Xəbər xətti