Son 4 vəsiqə

11:04 13 Noyabr 2017

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, bu, Xorvatiya yığmasıdı. Bu ölkənin yığma komandası Avropa zonası üzrə seçmə mərhələnin pley-off mərhələsində sevinən ikinci kollektiv olub. Doğma meydanda Yunanıstana 4:1 hesabıyla qalib gəlmiş xorvatlar bu gecə səfərdə baş tutan cavab görüşündə qolsuz heç-heçəyə nail olmaqla dünya çempionatına vəsiqəni təmin ediblər.

 

Bununla da DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 28-ə çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya, Panama, Seneqal, Tunis, Mərakeş və İsveçrə yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.

 

Növbəti mundialda bütövlükdə 32 komanda mübarizə aparacaq. Qalan 4 iştirakçının da adına tezliklə aydınlıq gələcək.


Xəbər xətti