Azərbaycanlı oğlan marafonda evlilik təklifi etdi -FOTOLAR

Sportarena.az      13 Noyabr 2018, 11:23

Dünən Türkiyənin ən böyük şəhəri olan İstanbulda keçirilən 39-cu Avrasiya Marafonunda maraqlı anlar yaşanıb. 

 
Sportarena.az xəbər verir ki, marafonun azərbaycanlı iştirakçısı Maqsud Məmmədov Asiya ilə Avropa qitələrini birləşdirən "15 iyul şəhidləri” körpüsünün üzərində dayanaraq sevgili Aynur xanıma evlilik təklifi edib. Gözlənilmədən cibində gətirdiyi üzüyü çıxararaq sevdiyi qıza doğru uzadan Maqsud Məmmədov onunla evlənmək istədiyini deyib. Sevgilisi Maqsuda yerindəcə "Hə” cavabı verib.
 
Maqsud Məmmədov İstanbulda evlilik təklifi etməyi əvvəlcədən planlaşdırdığını və qitələri birləşdirən körpünün bunun üçün ən gözəl məkan olduğunu deyib.(lent.az)
 
 
 
 
 

 

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin