Nazarov qol vurdu, komandası qələbə qazandı

12:46 13 Noyabr 2017

Millimizin üzvü Dmitri Nazrovun çıxış etdiyi “Erzgebirge” yoxlama oyunu keçirib.

Sportarena, Aue təmsilçisi Almaniyanın digər klubu “Plauen”lə qarşılaşıb. Görüş “Erzgebirge”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan və 60-cı dəqiqədə əvəzlənən Nazarov  komandasının ilk qolunu vurub.

Qeyd edək ki, Nazarov Almaniya 2-ci Bundesliqasının 11-ci turunda rəqib futbolçusuna qarşı kobud hərəkətinə görə 3 oyunluq cəzalanıdırılıb. O, artıq iki oyun cəzasını çəkib.


Digər xəbərlər

Xəbər xətti