"Real" PSJ-ə 200 milyon təklif edəcək - Neymara görə

12:58 13 Noyabr 2017

“Real”ın PSJ-nin hücumçusu Neymarın xidmətində maraqlı olması barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, artıq “kral klubu”nun braziliyalı futbolçunun transferi üçün Paris təmsilçisinə təklif edəcəyi məbləğ də açıqlanıb. “Real”a yaxınlığı ilə tanınan “Marka” nəşrində yer alan xəbərə görə, Madrid təmsilçisi Braziliya millisinin üzvü üçün fransızlara 200 milyon avro təklif edəcək. Xəbərdə həmçinin, klub prezidenti Florentino Peresin zədə səbəbindən tez-tez heyətdən kənarda qalan Qaret Beyli Neymarla əvəzləmək istədiyi qeyd edilib.

 

Yayda “Real”ın əzəli rəqibi “Barselona”dan 222 milyon avroya PSJ-yə keçən Neymarın Parisdə arzuladığı mühitlə qarşılaşmadığı, buna görə, Fransadan ayrılmaq istədiyi də vurğulanıb. 


Digər xəbərlər

Xəbər xətti