Koutinyo "Barselona"da oynamaq istəmir - "İngiltərədə xoşbəxtəm"

14:11 13 Noyabr 2017

Yayda “Barselona”ya transfer ediləcəyi barədə xəbərlər yayılan Filipe Koutinyo “Liverpul”dan ayrılmaq istəmir.

 

Sportarena.az xəbər verir ki, bu barədə braziliyalı futbolçu özü “goal.com”a açıqlamasında məlumat verib. O, dünyanın ən yaxşı çempionatlarından birində çıxış etdiyini, hazırda yalnız Braziliya millisinin oyunlarına kökləndiyini deyib:

 

“Mən dünyanın ən yaxşı çempionatlarından birində çıxış edirəm. Burda xoşbəxtəm. İndi millinin oyunlarına köklənmişəm. Universal futbolçu olmaq üçün hər gün bir az daha çox çalışıram”.

 

Xatırladaq ki, “Barselona” yayda Neymarın gedişindən sonra Koutinyonu transfer etmək istəsə də, keçid baş tutmamışdı.


Digər xəbərlər

Xəbər xətti