“Barselona”da qaldığıma görə peşmanam” - AÇIQLAMA

Sportarena.az      13 Noyabr 2018, 21:06

Cari mövsümdə “Barselona”da heç bir oyunda şans qazanmayan Tomas Vermalen Kataloniya klubunda qaldığına görə peşmandı.

 

Sportarena.az xəbər verir ki, belçikalı müdafiəçi İspaniya mətbuatına verdiyi açıqlamada yayda “Barsa”da qaldığına görə peşman olduğunu deyib:

 

“Bu yay “Barselona”da qalmağın yaxşı düşüncə olduğunu düşünmüşdüm, lakin indiki vəziyyətimi gördükdən sonra bunun pis fikir olduğunu anladım və peşman oldum. Klubumda bir dəqiqə belə şans qazanmasam da, Belçika kimi millidə oynadığıma görə çox şadam”.

 

Xatırladaq ki, Vermalen “Barselona”ya 2014-cü ildə “Arsenal”dan 19 milyon avro qarşılığında transfer edilib. O, 3 il ərzində Kataloniya klubunun heyətində La Liqada cəmi 11 oyun keçirib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin