Buffon göz yaşları ilə vidalaşdı - AÇIQLAMA + FOTO

10:15 14 Noyabr 2017

İtaliya futbolunun canlı əfsanəsi Canluici Buffon milli komanda ilə vidalaşıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə 39 yaşlı qapıçının özü oyundan sonra açıqlama verib. O, yığma karyerasını başa vurduğunu açıqlayarkən göz yaşlarına hakim ola bilməyib:

 

"Bu uğursuzluqda hər kəs günahkardır. Günahkar axtarmamalıyıq. Birlikdə qalib gəlmişik, birlikdə uduzmuşuq. Özüm üçün deyil, İtaliya futbolu adına çox üzgünəm. Ölkəmizin adına çox şeyi ifadə edən yarışdan kənarda qaldıq. Bunları necə deyəcəyimi bilmirəm, amma mən artıq milli karyerama nöqtə qoyuram".

 

Qeyd edək ki, “Skuadra Adzurra” İsveçə hər iki oyunun nəticəsinə görə məğlub olaraq, 1958-ci ildən sonra ilk dəfə dünya çempionatından kənarda qalıb.

 

Maraq üçün onu da bildirək ki, Buffon İtaliyanın əsas millisində 1997-ci ildə debüt edib.

 


Digər xəbərlər

Xəbər xətti