Ramil Şeydayev "Kosovo"ya qarşı oynayacaq? - Özü açıqladı

Sportarena.az      14 Noyabr 2018, 11:02

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Ramil Şeydayev bu gün U-21 millimizin AÇ-2019-un seçmə mərhələsi çərçivəsində Kosovoya qarşı keçirəcəyi oyunda iştirak edə bilməyəcəyindən təəssüfünü dilə gətirib.

 

Sportarena.az xəbər verir ki, o, “Facebook”dakı səhifəsində artıq məşqlərə başladığını da diqqətə çatdırıb:

 

“Təəssüf ki, sabah (bu gün) U-21-ə kömək edə bilməyəcəm. Çox istəyirdim, amma zədəyə görə alınmadı. Bu gündən yüngül məşqlərə başlamışam”.

 

Qeyd edək ki, Şeydayev də U-21-in Almaniya və Kosovoya qarşı keçirəcəyi oyunlar üçün açıqlanan heyətdə yer almışdı. Amma o, zədəli olduğu üçün millidən ayrılmaq məcburiyyətində qalmışdı.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin