Millimizin futbolçusu azarkeşi təhqir edib, söhbətə çağırdı - FOTOLAR

13:27 14 Noyabr 2017

21 yaşlılardan ibarət milli komandamızın və “Neftçi”nin futbolçusu Elnur Cəfərov yenidən gündəmə gəlib. Bəstəboy hücumçu çox təəssüf ki, bu dəfə də oyunu ilə yox, özünü apara bilməməsi ilə seçilib.

 

Sportarena.az xəbər verir ki, noyabrın 8-də evdə Almaniyadan alınan 0:7 hesablı yenilgidə 90 dəqiqə meydanda olan Elnur 5 gün ərzinə ikinci dəfə sosial şəbəkədə diqqəti cəlb edib. Fiaskodan bir gün sonra bahalı maşında gülə-gülə şəklini paylaşan millimizin 20 yaşlı futbolçusu indi də onun çıxışından narazı olan  azarkeşi təhqir edərək, söhbətə çağırıb. (Futbol11)

 

 


Digər xəbərlər

Xəbər xətti