"Qarabağ"a yeni sponsor gəlir? - Klubdan rəsmi açıqlama

15:14 14 Noyabr 2017

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl Türkiyənin “Damat” şirkətinin prezidentinin Ağdam klubuna sponsorluq etmələri barədə yayılan xəbərlərə münasibət bildirib.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, klub rəsmisi "Damat" şirkətinin "Qarabağ"a sponsorluq etmədiyini bildirib:

 
“Bizim “Azərsun”, “Azərçay” və “Bizim Tarla”dan başqa sponsorumuz yoxdur. Doğrudur, ötən illərdə “Damat” şirkəti ilə görüşlərimiz olub, amma aramızda hansısa sponsorluq anlaşması imzalanmayıb. Ola bilsin şirkətin prezidenti olanları səhv xatırlayıb. “Qarabağ”ın qapıları, əlbəttə, yeni sponsorlara açıqdır”.


Digər xəbərlər

Xəbər xətti