Beylin ailəsində faciə

15:32 14 Noyabr 2017

"Real”ın ulduz futbolçusu Qaret Beylin ailəsində faciə baş verib.
 
Sportarena.az xəbər verir ki, Beylin bacısının əri Aleksandr Uilyams Kardif yaxınlığındakı mənzilində ölü tapılıb. Onun hansı səbəbədən öldüyü bəlli deyil. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb. Ancaq onun ölümündə şübhəli əlamətlərin olmadığı bildirilib.
 
Hazırda zədəsi ilə bağlı müalicə alan Beylin bu hadisədən şoka düşdüyü deyilir. 


Xəbər xətti