Kamran Ağayevin cəzası açıqlandı

17:30 14 Noyabr 2017

Çexiya Futbol Federasiyasının İntizam Komitəsi “Mlada Boleslav”da forma geyinən millimizin qapıçısı Kamran Ağayevi cəzalandırıb.

 

Sportarena.az xəbər verir ki, Kamran Çexiya ölkə çempionatının 13-cü turunda “Banik Ostrava” ilə səfər matçında iki sarı vərəqə aldığı üçün bir oyunluq cəzalandırılıb. O, bu cəzaya görə 14-cü turda “Bohemians”la ev oyununda komandasına kömək edə bilməyəcək.

“Banik Ostrava” ilə oyunun 73-cü dəqiqəsində hakimə etiraza görə sarı vərəqə ilə cəzalandırılan Ağayev bundan iki dəqiqə sonra vaxtı uzatdığı üçün ikinci dəfə xəbərdarlıq alaraq, meydandan qovulmuşdu.


Digər xəbərlər

Xəbər xətti